Cənubi Amerika

coğ. Amérique f de Sud

Cənubi Afrika
cənublu
OBASTAN VİKİ
Cənubi Amerika
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla == Coğrafi mövqeyi == Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir.
Cənubi Amerika dırnaqlıları
Cənubi Amerika dırnaqlıları (lat. Meridiungulata) — plasentalı məməlilərə aid nəsli kəsilmiş heyvan dəstəüstü. Cənubi Amerikanın kaynazoy erasında cooğrafi izolyasiyası Cənubi Amerika dırnaqlıların nümayəndələri arsında əsaslı şəkildə təbəqələşmənin getməsinə səbəb oldu. Onlar arasında elə növlər var idi ki, müasir at, dəvə və kərgədanların hər birinə xas olan müəyyən xarici görünüşləri özündə əks elətdirirdi. Cənubi Amerika dırnaqlılarının ümumi əlaməti dişlərinin quruluşu və dırnaqlarının mövcudluğu olub. Bu heyvanlar otyeyən olub, yaşayış mühitindən asılı olaraq müxtəlif növ bitkilərlə qidalanıblar.
Cənubi Amerika fiziki
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla == Coğrafi mövqeyi == Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir.
Cənubi Amerika mədəniyyəti
== Yaranma tarixi == Tarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır. Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər. Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi.
Cənubi Amerika plitəsi
Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir. Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir. == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Cənubi Amerika qızılquşu
Cənubi Amerika qızılquşu (lat. Falco femoralis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Cənubi Amerika qızılquşu orta ölçülü qızılquşdur. Uzunluqları 30-40 sm, qanadları açıq vəziyyətdə 90 sm, erkəklərinin kütləsi 200-300 q, dişilərin kütləsi isə 270-460 q-a arasında dəyişir. ABŞ-də Cənubi Amerika qızılquşundan ovlamada istifadə edilir.
Cənubi Amerika ölkələri
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cənubi Amerika Birləşmiş Vilayətləri
Cənubi Amerika Birləşmiş Vilayətləri (isp. Provincias Unidas de Sud América) — Cənubi Amerikada, 1810–1830-cu illərdə mövcud olmuş dövlət. Dövlət May inqilabı nəticəsində Rio-de-la-Plata vitse-krallığının (bəzən Rio-de-la-Plata birləşmiş vilayətləri adlanır) İspaniyadan müstəqillik elan etməsi ilə meydana gəlmişdir. Bu dövlətin ərazisi muasir Argentina, Uruqvay kimi dövlətlərin bütöv ərazisi və Boliviya, Braziliyanın müəyyən vilayətlərini özündə birləşdirirdi. Rio-de-la-Plata birləşmiş vilayətlərinin müstəqilliyi 25 may 1810-cu ildə May inqilabı zamanı baş verir. Bu zaman vitse kral qovulur və birnci xunta yaradılır. 9 iyun 1816-cı ildə San-Migel-dе-Tukumanda konqres Rio-de-la-Plata birləşmiş vilayətlərinin adının dəyişdirilərək Cənubi Amerika birləşmiş vilayətləri (isp. Provincias Unidas de Sud América) adlandırılmasına qərar verir və bu ad rəsmi olaraq 1920-ci ilə qədər qalır. 1825-ci ildə birləşmiş vilayətlərdən Boliviya ayrılır. 1828-ci ildə isə Argentina və Braziliya müharibəsi nəticəsində Sisplata vilayəti müstəqil Uruqvay dövlətinə çevrilir.
Cənubi Amerika Voleybol Konfederasiyası
Cənubi Amerika Voleybol Konfederasiyası (rum. Confederación Sudamericana de Voleibol, ixtisarı-CSV) — Cənubi Amerika materikində voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum. Materikdə az ölkə olması səbəbi ilə konfederasiyası ən az voleybol federasiyası abunəçisininə sahib voleybol konfederasiyasıdır. Cəmi on iki voleybol federasiyası bu qurumun nəzarəti altında fəaliyyət göstərir. == Tarixi == Cənubi Amerika Voleybol Konfederasiyası ən qədim tarixə malik voleybol konfederasiyasıdır. Belə ki, konfederasiya hətta, FİVB-dan belə tez qurulumuşdur. Yaranma tarixinin 1946-cı ilə təsadüf etdiyi qurumun hansı ayda yarandığı isə şübhə doğurur. 12 aprel, 13 iyul tarixlərindən birində yaranması dəqiq olan CSV-nın ilk prezidenti Braziliya vətəndaşı olan Dr. Selio Neqreiros de Barros olmuşdur. Daha sonra isə sırası ilə perulu Xose Pezet Miro Quesada, uruqvaylı Luis Mateo Fernandez, kolombiyalı Boris Rodriqez, venesuelalı Xose Antonio Bermudez, argentinalı Rikardo Russomando və bir daha perulu Luis Moreno Qonzales preizdentlk vəzifəsini icra etmişdir.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. == Ümumi məlumat == Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar. Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər.
Cənubi Amerika ölkələrinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Amerika
ABŞ (ing. USA) və ya Amerika (ing. America), ya da rəsmi adı ilə Amerika Birləşmiş Ştatları (ing. United States of America), yaxud da qısaca Birləşmiş Ştatlar (ing. United States) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı — Cənubi Amerika Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında keçirilən Cənubi Amerika çempionatı ilə paralel keçirilən turnir. Otuz dəfə təşkil edilən qitə çempionatında ən çox qalib gəlmiş komanda Braziliyadır. Qadınlardakı kimi kişilərdə də Cənubi Amerika regionuna "ağalıq" edən milli komandanın bu yarışlarda 29 qələbəsi vardır. Yalnız 1964-cü ildə çempion olmayan Braziliya komandası həmin turnirə qeyri-müəyyən səbəblərdən qatılmamışdır. Adı şəkilən ildə zəfər çalan Argentina yığması isə Braziliya xaricində Cənubi Amerika çempionluğu yaşayan ilk və tək ölkədir.
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı — Cənubi Amerika materikində keçirilən ən önəmli çempionat. Turnirin təşkilatçısı yerli Cənubi Amerika Voleybol Konfederasiyasıdır. İlk dəfə 1951-ci ildə təşkil olunan regional çempionatın qalibi bu regionun ən güclü və adlı-sanlı komandası sayılan ev sahibi Braziliya millisi olmuşdur. Turnirin ən çox qalib gəlmiş komandası da sambaçılardır. Onların aktivində düz 18 qızıl, 11 gümüş olmaq üzrə 29 medal vardır. Turnirdə ümumilikdə yalnız yeddi ölkə medal qazana bilmişdir. Son ildə iştirakçı ölkə sayı səkkizdən yuxarı çıxmır. Cənubi Amerika çempionatı digər qitə birinciliklərində olduğu kimi iki ildən bir təşkil edilir. Ancaq 1969-cu ilə qədər turninin fərqli inteval üzrə keçirildiyin də görmək mümkündür. Cənubi Amerika çempionatına ən çox təşkilatçılıq etmiş ölkə isə Braziliyadır.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
Kapitan Amerika
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. == Nəşri == 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Mərkəzi Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Amerika qızılquşu
Amerika qızılquşu (lat. Falco sparverius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amerika dələsi
Amerika dələsi (lat. Martes americana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Amerika susamuru
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Amerika ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.